Keçi avtomobilə kəllə atıb sahibinə 700 manat ziyan vurdu

  • 22.09.2020
  • 2.1K baxış
  • 0

Türkiyənin İstanbul şəhərində keçinin minik avtomobilinə kəllə atama görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə Çekmeköy rayonunda baş verib. Kadrlarda, keçinin park vəziyyətində olan avtomobilə dəfələrlə buynuzu ilə zərbə vurduğu görülür. Avtomobil sahibi Cahangir Parlak, ona 3 min lirə (700 manat) zərər dəydiyini bildirib. “Fino” adlı keçinin sahibinin sözlərinə görə, ola bilsin ki, keçi avtomobilin üzərində öz əksini gördüyü üçün belə bir reaksiya verib. Namiq Musayev

Nə düşünürsən?