Azərbaycanda dəhşətli qəza: Yaralılar var

  • 19.09.2020
  • 5.8K baxış
  • 0

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib. APA -nın yerli bürosunun məlumatına görə, yol qəzası rayonun “3 yol” adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alıb, yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?