2 uşaq ölümdən son anda qurtuldu

  • 18.09.2020
  • 1.6K baxış
  • 0

Türkiyənin Gaziantep vilayətində minik avtomobilinin dükana girmə görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə Çiksorut məhəlləsində baş verib. Kadrlarda, şüşə qabların satıldığı mağazanın qarşısında bir neçə insanla bərabər uşaqlı araba və azyaşlı qızın dayandığı görülür. Bir müddət sonra isə 19 yaşlı Səid Əmrənin idarə etdiyi 27 P 6866 qeydiyyat nömrə nişanlı “Renault” markalı minik avtomobili, idarəetmədən çıxaraq dükana girir. Videoda əks olunan hadisədə, iş yerinin qabağında dayanan arabadakı körpə oğlan və azyaşlı qız qəzadan burnu qanamadan qurtulur. DHA agentliyinin məlumatına görə, hadisə nəticəsində 1-i ağır olmaqla, ümumilikdə 3 nəfər xəsarət alıb. Namiq Musayev

Nə düşünürsən?