Əyləci xarab olan zibil maşını 8 avtomobilə ziyan vurdu

  • 17.09.2020
  • 0

Türkiyənin Hatay vilayətində zibil maşını 8 avtomobilə zərər vurub. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Kırıkhan rayonunda baş verib. Məlumata görə, məişət tullantılarını yığmaq üçün küçəyə girən yük maşınının əyləcində nasazlıq yaranıb. Bundan sonra sürücünün idarəetməsindən çıxan yük maşını yoxuş aşağı sürətlə irəliləyərək yol kənarında park edilmiş 8 nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində yük maşınının sürücüsü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. Namiq Musayev

Nə düşünürsən?