Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında uçuşlar keçirdi

  • 15.09.2020
  • 0

Bakının azad olunmasının 102-ci ildönümü ilə əlaqədar Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçirilib. Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunub. *****14.36 Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları Gəncə səmasında uçuşlara başlayıb. İki ölkənin Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin nümunəvi uçuşları Bakı şəhərinin işğaldan azad olunmasının 102-ci ildönümünə həsr olunub. Uçuşlara döyüş təyyarələri və helikopterləri cəlb olunub.

Nə düşünürsən?