Beyrutda növbəti yanğın

  • 15.09.2020
  • 35 baxış
  • 0

Livanın paytaxtı Beyrutun maliyyə mərkəzində məşhur binada yanır. Unikal.org “Al-Arabiya”ya istinadla xəbər verir ki, yanğın məşhur memar Zahi Hadidin layihəsi əsasında inşa edilən binada başlayıb. Binanın tikintisinin bir neçə il əvvəl başladığı və başa çatmaq üzrə olduğu bildirilir. Yanğınsöndürənlər alovu artıq söndürsələr də, hadisə yerndə işlər davam edir. Xatırladaq ki, avqustun 4-də Bayrut limanında qaynaq işləri zamanı ammonium selitrasının alovlanması nəticəsində güclü partlayış, sentyabrın 10-da isə eyni yerdə yanğın baş vermişdi.

Nə düşünürsən?