Dmitri Qordon Azərbaycan və prezident İlham Əliyev haqda danışdı

  • 14.09.2020
  • 0

anınmış ukraynalı jurnalist Dmitri Qordon Azərbaycanla əlaqəsi barədə danışıb. BAKU.WS-in məlumatına görə, bu barədə ona 1,3 milyondan çox abunəçisi olan "Dmitri Qordon" adlı "YouTube" kanalında izləyicilərindən biri "Azərbaycan haqqında nə düşünürsünüz?" - deyə sual ünvanlayıb. "Böyük hörmətlə! Mənim çox sayda azərbaycanlı dostlarım var. Ən yaxın dostlarımdan biri də orduda xidmət etdiyimiz azərbaycanlı İlham İsmayılovdur. Hələ də dostuq, onu çox sevirəm. Lvovda yaşayır, ukraynalı bir qadınla evlidir. Mən dahi azərbaycanlı Müslüm Maqomayevlə də dost idim, böyük insan, həyatımın ən böyük insanı. Azərbaycan və azərbaycanlılara münasibətim çox yaxşıdır. Pis insanlar, ölkələr olmur, pis liderlər var. Azərbaycanın isə çox yaxşı, İlham Əliyev kimi rəhbəri var. Mən onun gördüyü işi çox bəyənirəm. Azərbaycanın böyük bir lideri var idi - Heydər Əliyev".

Nə düşünürsən?