"Azərişıq" ASC-nə 8 ayda dəyən zərər açıqlandı

  • 12.09.2020
  • 0

"Bu ilin yanvar - avqust aylarında “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən Bakı və regionlar üzrə 1088 kənar xəttdən istifadə və xüsusi qurğular ilə 12 müdaxilə faktı qeydə alınıb. Beləliklə itirilmiş enerjinin miqdarı 14 884 492 kVts həcmində olub. Bu isə 1 406 227 manat deməkdir. Oğurluq faktları ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Bundan sonra da belə hallar baş verdiyi təqdirdə yenə də hüquq mühafizə orqanlarına müraciət olunacaq. Hər bir istehlakçı bilməlidir ki, Uçot komplektinə müdaxilə üsullarının müxtəlif olmasına baxmayaraq, bu gün, aşkarlanmayan qüsur yoxdur". Bu barədə "Azərişıq" ASC-dən Unikal.org-a məlumat verilib.

Nə düşünürsən?