Rüfət Dadaşovdan iki qol, bir məhsuldar ötürmə

  • 12.09.2020
  • 0

Azərbaycan milli komandasının oyunçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqası (USL) matçında qol vuraraq fərqlənib. Offsideplus.az xəbər verir ki, "Finiks Rayzinq" klubunda çıxış edən hücumçu "Las-Veqas Layts" komandası ilə matçda dubla imza atıb. Meydana start heyətdə çıxan Dadaşov 27-ci dəqiqədə hesabı açıb. Forvard 44-cü dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. Ümumilikdə matç "Finiks Rayzinq"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, aktivində 10 qol olan Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmamışdı.

Nə düşünürsən?