Türkiyə ordusunun 3 əsgəri şəhid oldu

  • 11.09.2020
  • 0

Van şəhərinin Çatak rayonunda Türkiyə ordusunun 3 hərbçisi şəhid olub. AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Yıldırım-10 Norduz” terror əleyhinə əməliyyat zamanı Türkiyə ordusunun 1 jandarma kapitanı, 2 jandarma çavuşu şəhid olub, 1 jandarma podpolkovniki isə yaralanıb. Türk ordusunun itkisi ilə yanaşı, əməliyyat zamanı 3 terrorçu məhv edilib.

Nə düşünürsən?