Azərbaycanda dəhşət!Özünü icra hakimiyyəti önündə yandırdı

  • 10.09.2020
  • 1.9K baxış
  • 0

Bərdə rayon sakini İcra Hakimiyyətinin binası qarşısında özünü yandırmağa cəhd göstərib. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakini İlham Nəsirov üzərinə benzin tökərək od vurub. Müxtəlif dərəcəli yanıq xəsarəti alan İlham Nəsirov əraziyə çağırılan Təcili Tibbi Yardım maşını ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hüquq-mühafizə orqanları tərəfindən dindirilmə zamanı məlum olub ki, İlham Nəsirov avqust ayının 27-dən Bərdə Mərkəzi Rayon Xəstəxanasında müalicə alır. Aparılan müalicəyə baxmayaraq, İlham Nəsirov ayağının birində çürümə getdiyindən ambutasiya olunacağını bilib və bundan sonra özünü yandırmaq qərarına gəlib: “Özümün yerim yoxdur, xəstəxananın həyətində yatıram ağaclıqda, bir ildir. Məndən burda beziblər, xəstələr gəlib deyir ayağından iy gəlir. Mən götürmürəm belə işləri, mən indi nə təhər durum kimsə nə isə deyim. Mənim bir daxmam yoxdur ki, gedib başımı salam heç kimə ziyan vurmayam. Mən istəmirəm kimsə mənim əziyyətimi çəksin”. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?