Bakıda dəhşətli qəza: Kişi evakuatorun altında qaldı

  • 10.09.2020
  • 0

Bakının Nərimanov rayonunda ağır nəqliyyat hadisəsi baş verib. APA TV xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. 45-50 yaşlarında olan kişi yerüstü piyada keçidinin altında qəfil yola çıxıb. Bu zaman onu Rüfət Nəbiyevin idarəetməsində olan "Mitsubishi" markalı evakuator vurub. Yaralı ağır kəllə-beyin travması alıb. Hadisə yerinə təcili təxirəsalınmaz tibbi yardım xidmətinin əməkdaşları gəlib. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.