Dəhşətli qəzadan video: Yaralılar küçədə qalıb

  • 10.09.2020
  • 0

“Abşeronda baş verən qəzada 9 nəfər xəsarət alıb, onlardan 4-nə ambulator yardım göstərilib, digər 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə reanimasiyaya yerləşdirilib”. Bu barədə APA-nın sorğusuna TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib. Onun sözlərinə görə, yaralılardan vəziyyəti ağır olan və açıq kəllə-beyin travması alan qadın (1951-ci il təvəllüdlü Tamam Muradova) gecə rəhmətə gedib. Ambulator yardım göstərilən yaralılardan daha birinin vəziyyəti ağırlaşdığından reanimasiyaya köçürülüb. 3 nəfər ambulator yardım edilərək evə buraxılıb. R. Əliyeva qeyd edib ki, reanimasiyadakı 5 nəfər bu gün palataya köçürüləcək.

Nə düşünürsən?