Sumqayıt yolunda dəhşət: Gəncin meyiti küçədə qaldı

  • 09.09.2020
  • 0

Bakı-Sumqayıt avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə magistralın Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 40 BR 939 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən piyadanı vurub. Ağır bədən xəsarətləri alan piyada təcili tibbi yardım xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.