Maska taxmayanlar cəza:: Diri-diri tabuta uzadıb...

  • 08.09.2020
  • 127 baxış
  • 0

İndoneziyanın paytaxtı Cakartada koronavirusa qarşı tədbirlər çərçivəsində tələb olunan qoruyucu maskadan istifadəyə riayət etməyənlər üçün qeyri-adi cəza üsulu tərtib edilib. Valilik işçiləri xüsusi qoruyucu geyimlərlə paytaxt küçələrində tabutlar daşımağa başlayıb. Maska qaydasına riayət etməyən və ictimai məkanlarda maskasız gəzən vətəndaşlar bu boş tabutların içinə yerləşdirilir. Koronavirusa yoluxmanın qarşısını almaq üçün ən effektiv üsul olan maska geyinməyin əhəmiyyətinə diqqət çəkmək istəyən səlahiyyətli şəxslər maskasız insanların tabutların içinə uzanıb gözlərini bağlamalarını tələb edirlər. Beləliklə, bu şəxslərin virusun yaratdığı təhlükəni hiss etməsini istəyirlər.

Nə düşünürsən?