Mahir Əhmədzadə:"Qaydalara nə qədər ciddi əməl etsək..."

  • 06.09.2020
  • 0

Müsahibimiz tanınmış restorator, süfrə mədəniyyəti üzrə ekspert Mahir Əhmədzadədir. -Mahir bəy, əvvəlcə Green City şəbəkəsi barədə məlumat verərdiniz. -Bakı şəhəri yaxınlığında el arasında “Şıxov” kimi tanınan ərazidə dəqiq ünvanı Salyan şossesi 14/2-də yerləşən çox möhtəşəm bir ərazi var ki, Green City adlanır-yəni “Yaşıl şəhər”. Həqiqətən də yaşıllıqlarla zəngin olan bu şəhərdə Azərbaycan iqtisadiyyatına, turizminə, restoran mədəniyyətinə çox böyük töhfələr verə biləcək bir məkan istifadəyə verilib. Bu ərazi otellərdən, villalardan, eyni zamanda bir şox restoranlardan ibarətdir. Ərazidə fəaliyyət göstərən restoranlardan “ADA” restoranı var, hansı ki, milli mətbəxlə Avropa mətbəxini sintez edərək çox yüksək səviyyədə xidmət göstərir, turistləri özünə cəlb edir. Eyni zamanda NUŞ ƏT restoranı var, türk mətbəxidir, çalışanların da əksəriyyəti türklərdir. Çox yüksək səviyyədə türk mətbəxini Azərbaycanda təbliğ edirlər. ADA və NUŞ ƏT restoranı dənizin düz kənarında yerləşir. Ərazidə ROYAL PALM restoranı var, hansı ki tam karantin qaydalarına uyğun istifadəyə verilmişdir. Bu ərazi suyun üzərində yerləşir. Gündəlik şou proqramlar, əyləncələr, milli mətbəxlə birgə fəaliyyət göstərir. Çimərlikdə hovuz kənarında SUNRİSE adlı bir restoran, eyni zamanda hovuz kənarında GREEN CAFE adlı bir restoran fəaliyyət göstərir. Təmiri bitməkdə olan ONXY restoran var, hansı ki, dünya mətbəxini orda cəmləşdirib xidmət göstərmək hədəfləri var. -Mahir bəy, çalışdığınız məkanda yəqin ki, kütləvi tədbirlərin də keçirilməsi üçün şərait yaratmısız? -İndi karantin olsa da kütləvi tədbirlərlə bağlı Operativ Qərargahın qadağası aradan qalxdıqdan sonra toy, nişan, ad günü və s. kütləvi tədbirlərin keçirilməsi üçün yüksək səviyyəli toy salonu, konsert salonu var, hansı ki, onun da təmiri bitmək üzrədir. İşlər tam başa çatandan sonra ərazidə 9 restoran fəaliyyət göstərəcək. Bu da müştərilərə seçim imkanı yaradacaq. Hər bir müştəri ürəyi istəyən məkanda rahat şəkildə ailəsilə birgə istirahət edə bilər. Eyni zamanda ərazidə banket zalları fəaliyyət göstərir. Gələcəkdə konfranslar, brifinqlər, ad günləri, nişan mərasimləri, hər hansı əlamətdar günü qeyd etmək, həm açıq havada, həm də qapalı məkanlarda tədbir keçirmək üçün əminliklə deyə bilərəm ki, çox ideal şəraitimiz var. -Hazırki qadağalar şəraitində fəaliyyət göstərə bilirsinizmi? -Karantin rejimi ilə əlaqədar ölkəyə turistlərin gəlişi demək olar ki, azalıb. İndi faktiki olaraq səhər saat 9-dan axşam 22.00-a kimi restoranların işləməsinə icazə verilib. Ona görə də, məkanımız hələlik yerli turistlərə xidmət göstərir. Bu müddət ərzində müştərilər çox böyük ruh yüksəkliyi ilə sevərək bu ərazini tez-tez ziyarət edirlər. Bildiyiniz kimi xidmət sahəsində müştəri məmnuniyyəti qazanmaq çox vacibdir. Biz də çalışırıq ki, hazırki məhdud fəaliyyət dövründə müştərilərimizin maksimum etimadını və rəğbətini qazanaq. Bunun üçün də bütün imkanlarımızı səfərbər etmişik. Bizim məkanda müştərilər ailəvi şəkildə xidmətlərimizdən yüksək səviyyədə yararlana bilmək üçün hətta bir gün öncədən masa rezervasiya edə bilərlər. Çox qürurverici haldır ki, Azərbaycanda iqtisadiyyatın, azad biznesin inkişafına dövlət və birbaşa Prezident səviyyəsində diqqət və qayğı göstərilir, sahibkarlığın güclənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir, bunun nəticəsidir ki, bu gün belə şirkətlər yaranır və müştərilərə dünya standartlarına uyğun interyeri, xidməti və keyfiyyəti təklif etmək gücündədir. Yerli turistlər bu xidmətdən istifadə edib yararlanıb məmnun qalırlar, məkanımızdan xoş təəssüratlarla ayrılırlar. -Ailəvi istirahətə gələnlərə xüsusi diqqət yetirirsinizsə, yəqin ki, uşaqları da unutmamısınız... -Ərazidə yaxın gələcəkdə uşaq əyləncə mərkəzi istifadəyə veriləcək və ailələr rahat şəkildə gəlib istədikləri restoranlarda istirahət edə bilərlər, uşaqlar isə bu zaman müştərilərin istəyinə uyğun olaraq həmin əyləncə mərkəzində dayənin nəzarətində olacaq, yəni valideyn heç bir narahatlıq çəkməyəcək. Green City öz möhtəşəm yenilikləri ilə Azərbaycanda və Qafqazda sayılıb seçilən məkanlardan olacaq. -Mahir bəy, bilirsiniz ki, uğur qazanmaq üçün vacib şərtlərdən biri də rəhbərliklə işçi heyət arasında münasibətlərin necə qurulmasıdır. Sizdə sirr deyilsə bu şərtə necə əməl olunur? -Green City-də həqiqətən də sağlam kollektiv var, bunun da əsas səbəbi sağlam rəhbərliyin olmasıdır. Biz bu işə başlayanda əsas iki prinsipə əməl olunması tapşırılıb:”Müştəri həmişə haqlıdır” və “Nizam-intizama əməl etmək hər kəsin borcudur”. Bunlar olmasa uğur qazanmaq olmaz. Məkanımız ailəvi fəaliyyət göstərdiyi üçün kollektiv də bir ailə kimi formalaşmaqdadır. -Sonda oxucularımıza nə demək istərdiz? -Bütün xalqımıza, o cümlədən oxuculara tezliklə koronavirus təhlükəsindən xilas olmağı və normal həyata dönməyi arzu edirəm. Prezidentimizin müdrik və zamanında verdiyi qərarlar sayəsində dövlətimiz bu bəlanın fəsadlarını məhdudlaşdırıb, təhlükə sovuşmaq üzrədir. Qaydalara nə qədər ciddi əməl etsək, bəla da tez keçib gedəcək. Biz də qoyulan tələb və qaydalara əməl etməklə fəaliyyət göstəririk. Artıq kafe və restoranlarda yerində xidmət göstərməyə də icazə verilib və qaydalara tam əməl etməklə fəaliyyət göstərməyə çalışırıq. Bütün potensial müştərimiz olan oxucularımıza tam əminliklə bildirmək istəyirəm ki, bu gün Azərbaycanda və Qafqazda belə bir analoqu olmayan məkan var. Hər kəsin bu məkanı ən azı bir dəfə gəlib görməyini arzulayıram. Nəzərə alsaq ki, insanlar karantin yumşaldıqca dəniz kənarında gəlib həm istirahət edirlər, həm də koronavirus stressindən uzaqlaşmaq istəyirlər, bu ərazidə müştərilərimizin hər cür rahatlıq tapması üçün ideal şərait yaratmışıq. Siz bir dəfə gəlib bu məkanı seyr etsəniz, görəcəksiniz ki, həqiqətən də Antalyadan, Bodrumdan heç nə ilə fərqlənmir. Qeyd etdiyim ki, məkanımızın sağlam kollektivi, öz müştəri kontingenti var. Müştərilərimiz buranı sevərək gəlirlər, dincəlirlər və məmnun gedirlər. Azərbaycan, türk və dünya musiqisi, dünya mətbəxi, yüksək xidmət, gözoxşayan gözəllik, bir sözlə burda müştərilərimizin xəyallarına belə gətirə bilmədikləri istirahət üçün nə lazımdırsa hər bir şey nəzərdə tutulub. Gəlin özünüz şahid olun.

Nə düşünürsən?