ATV Ramiz Mehdiyev və Əli Həsənovu "yıxıb sürüdü"

  • 04.09.2020
  • 74 baxış
  • 0

ATV “Xəbərlər” proqramının axşam buraxılışında AMEA-nın prezidenti, Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev, Prezidentin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov və Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə bağlı tənqidi sujet yayımlanıb. Dominant.az xəbər verir ki, adıçəkilən şəxslər hazırda xaricdə mühacirətdə yaşayaan və öz şəxsi telekanalı ilə Azərbaycan hakimiyyətinə qarşı “qara piar” kampaniyası aparan Qurban Məmmədovla sövdələşmədə, əməkdaşlıqda, onu dəstəkələməkdə, adıçəkilən şəxsin şəxsi əmlakının qeyri-qanuni yollarla artırılmasında, sənədləşdirilməsində ittiham ediliblər. Sujetdə, eyni zamanda, Ə. Həsənovla A.Fərzəliyevin bir neçə dəfə Rusiyada məxfi şəkildə görüşlər keçirdiyi, orada bəzi gizli və şübhəli sövdələşmələrə getdiyi iddia olunub.

Nə düşünürsən?