Əks zolağa çıxan “Daewoo” TIR-la toqquşdu; 3 nəfər öldü

  • 04.09.2020
  • 0

Rusiyanın Voloqodsk əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 4-də səhər Moskva – Arxangelsk avtomagistralının Qryazoveçk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan “Daewoo Nexia” markalı minik avtomobili, yolun əks istiqamətinə çıxaraq, qarşıdan gələn “Scania” markalı TIR-la toqquşub. Zərbənin təsirindən hər iki maşın yanıb. Qəza nəticəsində 2 nəfər hadisə yerində, 1-i isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb. Namiq Musayev

Nə düşünürsən?