Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib

  • 04.09.2020
  • 0

Rusiya hərbi gəmiləri Bakı limanından yola salınıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi sentyabrın 4-də Bakı limanını tərk edib.

Nə düşünürsən?