Maskasız avtobusa buraxılmayan sərnişin etirazını bu cür bildirdi

  • 04.09.2020
  • 0

Türkiyənin Antalya şəhərində maskasız ictimai nəqliyyata buraxılmayan sərnişin, acığa düşərək öz üsulu ilə avtobusla getmək qərarına gəlib. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisənin görüntüləri Muradpaşa rayonunun “Aşıq Veysəl” küçəsində qeydə alınıb. İddiaya görə, sürücü maskası olmayan sərnişinə, avtobusla getməsinə icazə verməyib. Bundan sonra sərnişinlə sürücü arasında qısa müddət sözlü mübahisə baş verib. Daha sonra isə acığa düşən şəxs, sürücüyə etiraz olaraq avtobusun önünə keçərək siləcəklərdən tutub. Bu vəziyyətdə bir müddət irəliləyən sərnişin, avtobusun sürətini artırması ilə özünü yol kənarına atıb. Həmin anın videosu isə, bir avtomobilin sahibi tərəfindən mobil telefon vasitəsilə qeydə alınıb. Namiq Musayev

Nə düşünürsən?