Gəlini toyxanaya yük maşınında apardı

  • 01.09.2020
  • 0

Türkiyənin İzmir şəhərində yük maşını ilə gəlin aparmağa gələn bəy hər kəsi təəccübləndirib. Avtosfer.az xəbər verir ki, maraqlı görüntülər Buca rayonunda qeydə alınıb. Məlumata görə, 23 yaşlı Ömər Sun ata yadigarı olan yük maşınını gəlin avtomobilinə çevirərək 20 yaşlı Bahar Sunu evindən götürərək toy keçirilən əraziyə gətirib. Yük avtomobilindən olan qəribə gəlin maşını toy iştirakçıları tərəfindən də maraqla qarşılanıb. Namiq Musayev

Nə düşünürsən?