Azərbaycanda 126 nəfər koronavirusa yoluxdu, 3 nəfər vəfat etdi

Azərbaycanda 126 nəfər koronavirusa yoluxdu, 3 nəfər vəfat etdi

  • 31.08.2020
  • 399 baxış
  • 0

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 36 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib, aktiv xəstə sayı 2054 nəfərdir.

Nə düşünürsən?