Taleh Qaraşovun restoranında da toy keçirildi

  • 31.08.2020
  • 0

Lənkəranın icra başçısı Taleh Qaraşova məxsus “Deniz” restoranında hər gün xeyli sayda qonaqların iştirak etdiyi məclislər keçirilir. Şəhər sakinləri virtualaz.org-a bildiriblər ki, restoran rəhbərliyi karantin rejiminin tələblərinə tamamilə məhəl qoymur. Yerli sakinlərin dediyinə görə, Operativ Qərargahın qərarına zidd olaraq "Dəniz" restoranında hər gün toylar təşkil edilir. Restoran rəhbərliyi toyların təşkilini 3-5 min manat arasında məbləğə qiymətləndirib.

Nə düşünürsən?