Bir dəqiqə ərzində 56 sözü tərsinə dedi

  • 28.08.2020
  • 0

ABŞ-ın Minnesota ştatında yaşayan Pem Onnen bir dəqiqə ərzində 56 sözü tərsinə deyərək rekord qırıb. BiG.AZ-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, o, uşaqlıqdan özündə bu bacarığı inkişaf etdirib. Bu yaxınlarda dostlarından birinin məsləhəti ilə o, Ginnesin Rekordlar Kitabına müraciət edib və rekordu yeniləyib. Düzdür, belə bacarığın insana elə bir faydası yoxdur, lakin Pemin uğuru sübut edir ki, insan istəsə, özündə istənilən xüsusiyyəti inkişaf etdirə bilər. O, təkcə əzələlərini deyil, şüur, yaddaşı və mənəviyyatını da təkmilləşdirməyə qadirdir, təki istək olsun.

Nə düşünürsən?