Üçüncü mərtəbədən yıxılan azyaşlı sağ qaldı

  • 28.08.2020
  • 0

Türkiyədə üçüncü mərtəbədən yıxılan körpə möcüzə nəticəsində sağ qalıb. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantep şəhərinin Şəhidkamil rayonunda əmlak biznesilə məşğul olan İsmail Elmas yoldaşları ilə birgə iş yerinin önündə oturarkən üzərinə üçüncü mərtəbədən körpə düşüb. İsmail Elmas və suriyalı olduğu bildirilən 2 yaşlı körpə yerə yıxılıblar. Xoşbəxtlikdən uşaq və sahibkarın səhhətləri yaxşıdır.

Nə düşünürsən?