Azərbaycanda ticarət obyektləri yandı

  • 26.08.2020
  • 0

Şirvan şəhərində ticarət obyektlərində yanğın baş verib. Redaktor.az-ın məlumatına görə, Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən ərzaq mağazasının dam örtüyündə qısa qapanmadan yaranan yanğın tez bir zamanda ona bitişik aptek və məişət avadanlığı satılan mağazanın dam örtüyünə keçib. Yanğının söndürülməsinə FHN-in Şirvan Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və digər obyektlərə yayılmasının qarşısı alınıb. Yanğın zamanı 70 kv/m ərazidə dam örtüyü yanıb. Faktla bağlı araşdırma aparılır. //APA

Nə düşünürsən?