Bakıda piyada keçidlərində sarı işıqlar quraşdırılır

  • 25.08.2020
  • 0

Bakı Nəqliyyat Agentliyi tərəfindən küçə və prospektlərdə yerləşən nizamlanmayan piyada keçidlərində sarı döyünən işıq lampaları quraşdırılır. Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramının icrası çərçivəsində görülən işlərdə məqsəd günün xüsusən qaranlıq və toran saatlarında sürücülərin daha diqqətli olmasını və piyada keçidlərini öncədən görməsini təmin etməkdir. Xezerxeber.az-ın məlumatına görə, ilkin mərhələdə 100 ədəd nizamlanmayan piyada keçidinə bu cür lampaların quraşdırılması nəzərdə tutulub. Artıq M.Mehdizadə və S.Orucov küçələrində quraşdırma işləri yekunlaşdırılıb. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?