Belarus müxalifətinin üzvləri İstintaq komitəsinə aparılır

  • 24.08.2020
  • 0

Belarusun paytaxtı Minskdə avqustun 24-də Müxalifət Koordinasiya Şurasının Rəyasət Heyətinin üzvləri Sergey Dılevski və Olqa Kovalkova tutulublar. Unikal.org xəbər verir ki, bu barədə şuranın mətbuat xidmətindən məlumat verilib.Minsk milisinin mətbuat katibi Natalya Qanuseviçin sözlərinə əsasən, onlar inzibati iş çərçivəsində saxlanılıblar. Lakin Kovalkovanın “Facebook” səhifəsində onun və Dılevskinin icazəsiz mitinqlərin təşkil edilməsi ittihamı ilə saxlanıldıqları bildirilir. Həmçinin İstintaq komitəsinə Rəyasət heyətinin daha bir üzvü Vlasovun da çağırıldığı qeyd edilir.

Nə düşünürsən?