Ramiz Mehdiyevin kürəkəni belə həbs olundu

  • 22.08.2020
  • 2.8K baxış
  • 0

Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib. "Qafqazinfo" xəbər verir ki, məhkəmənin hökmü ilə Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev 15 sutka müddətinə inzibati qaydada həbs edilib. Məlum hadisə bir daha göstərdi ki, Azərbaycanda hamı qanun qarşısında bərabərdir, heç kim qanundan üstün ola bilməz, vəzifəsindən və statusundan asılı olmayaraq qanunu pozan hər bir şəxs məsuliyyətə cəlb olunur və olunacaq. Bu, qanunun tələbi və Azərbaycan Prezidentinin ali iradəsidir.

Nə düşünürsən?