Bakıda bu yolda hərəkət birtərəfli oldu

  • 21.08.2020
  • 29 baxış
  • 0

Bakının ən çox hərəkət olan yollarından birində, Əliyar Əliyev küçəsində aparılan təmir işləri çərçivəsində yol hərəkətinin təşkilində müəyyən dəyişikliklər edilib. Yerə çəkilən dairə ləğv edilib, körpünün altındakı hərəkət isə birtərəfli olub. Bəs edilən dəyşiklikgünün pik saatlarında sıxlığın qarşısını alacaqmı? Daha bir yolda hərəkətinin təşkilində dəyişiklik edilib. Paytaxtın Nərimanov rayonu Əliyar Əliyev küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində, daha dəqiqi''Çermet'' körpüsünün alt hissəsindəki dairə ləğv edilib. Əvvəllər sözügedən ünvanda dairə yerdə ağ boya ilə çəkilmişdi. Xüsusi ilə gecə saatlarında həmin ərazidən keçən sürücülər özləri də bilmədən yol hərəkət qaydasını pozurdular. Bu da bəzi hallarda yol nəqliyyat hadisələrinə də səbəb olurdu. Bakı Nəqliyyat Agentliyinin nəqliyyat axınının idarə olunması və təhlili şöbəsinin müdri Tərlan Səfərov deyir ki, vətəndaşların çoxsaylı şikayətləri nəzərə alınaraq həmin ərazi təhlil edilərək yenidən layihələndirilib. Qeyd edək ki, ərazidə müvafiq yol nişanları da qoyulub. Dəyişiklik ərazidə yol hərəkəti təhlükəsizliyinin artırılması ilə yanaşı, sürücülərin lüzumsuz qayda pozmalarının da qarşısını almağa imkan verəcək. Amma dəyşikliyə sürücü və piyadaların fikirləri birmənalı deyil. Bakı Nəqliyyat Agentliyinin nəqliyyat axının idarə olunması və təhlili şöbəsinin müdri Tərlan Səfərov deyir ki,yoldakı ''adacıq'' və yolun hərəkət hissəsinin eni tam standartlara uyğun təşkil edilib. Burdan 12 metrlik avtobuslar da hərəkət edir. Bütün bunlar nəzərə alınaraq yolda işlər görülüb. Bu arada onu da qeyd edək ki, həmin küçədə əsaslı təmir işləri də aparılır. Köhnə asfalt qatı qaşınıb, əvəzində yenisi vurulacaq. Hazırda isə səki daşları və digər işlər görülür.

Nə düşünürsən?