“QAZ-3110”la toqquşan “Toyota” havada uçdu

  • 20.08.2020
  • 0

Rusiyanın Novosibirsk əyalətində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, qəza ötən gün səhər saatlarında Berdsk şəhərinin “Vağzal” küçəsində baş verib. Məlumata görə, 1984-cü il təvəllüdlü qadın sürücü, idarə etdiyi “Toyota Highlander” maraklı avtomobillə hərəkətdə olarkən, qəfildən ikinci dərəcəli yoldan qarşısına minik maşını çıxıb. Qəzadan yayınmaq üçün manevr edən sürücü, hərəkətin əks zolağına çıxaraq qarşıdan gələn “QAZ-3110” markalı avtomobillə toqquşub. Zərbənin şiddətindən sürüklənərək havada çevrilən “Toyota", “Nissan Avenir” markalı maşının üzərinə düşüb. Digər sürücülərin xəbər verməsi ilə hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım briqadasının əməkdaşları gəlib. Xilasedicilər, “Toyota”da sıxışaraq qalan sürücü və sərnişinləri, kəsici alətlə avtomobilin damını kəsdikdən sonra çıxara biliblər. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hazırda yol patrul xidmətinin əməkdaşları, qəzanın kimin səbəb olduğunu aydınlaşdırır.

Namiq Musayev

Nə düşünürsən?