Lotu Quli öldürüldü - Antalyada

  • 20.08.2020
  • 2.7K baxış
  • 0

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Antalyada şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.

Loti Qulinin başından 4 güllə yarası aldığı bildirilir.  O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, onu öldürən şəxs də yaralanıb və hadisə yerindən qaçmağa müvəffəq olub. Ancaq cinayətkar Antalya-Dənizli yolunda polislər tərəfindən saxlanılıb.  

Nə düşünürsən?