“Aqrolizinq” “Aqroservis”ə çevrildi

  • 18.08.2020
  • 0

Dövlət başçısının fərmanı ilə Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin adı və fəaliyyət istiqamətləri dəyişib. Kənd Təsərrüfatı Nazirliyi yeniliklərlə bağlı açıqlama yayıb. Aqrolizinq Açıq Səhmdar cəmiyyətinin adının dəyişdirilərək Aqroservis Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun vəzifələrinə əlavələrin edilməsi fermerlərə daha geniş və səmərəli xidmətin göstərilməsinə hesablanıb. Bunu Aqrolizinqlə bağlı dövlət başçısının fərmanını şərh edən Kənd Təsərrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib. Onun sözlərinə görə yeni fərmanla Aqroservis Açıq Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri də genişlənib. Bundan başqa lizinqlə bağlı da Aqroservis Açıq Səhmdar Cəmiyyəti bir sıra funksiyalar icra edəcək. Onu da qeyd edək ki, bu gün prezident İlham Əliyev Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən əsasən qurumun adının dəyişdirilməsi ilə yanaşı fəaliyyət istiqamətlərində də dəyişikliklər edilib.

Nə düşünürsən?