13 yaşlı qıza təcavüz etdilər, boğub gözlərini çıxardılar

  • 17.08.2020
  • 0

Hindistanın Uttar Pradeş əyalətindəki tarlalardan birində cəsədi tapılan 13 yaşlı qızın təcavüz və işgəncələrə məruz qalması xəbəri ictimaiyyəti ayağa qaldırıb. Publika.az xəbər verir ki, NDTV tekanalının məlumatına görə, Hindistanın Laximpur Kheri bölgəsində təcavüzə məruz qalan 13 yaşlı qızın atası onun boğulduğunu, gözlərinin çıxarıldığını, dilinin kəsildiyini iddia edib. Hadisə ilə əlaqədar 2 nəfər nəzarətə alınıb. On minlərlə insan, o cümlədən jurnalistlər, yazıçılar və ictimai fəallar sosial şəbəkələrdə baş verənlərə reaksiya veriblər. Onlar Hindistanın müstəqilliyinin 73-cü ildönümündə belə bir hadisənin ölkə üçün utancverici olduğunu qeyd ediblər.