Bir nəfər öldü, üç nəfər yaralandı - SUMQAYITDA

  • 17.08.2020
  • 0

Sumqayıtda baş verən iki yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hər iki hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib. Qəzalardan birində “Volksvagen” markalı avtomobil “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Nəticədə 1983-cü il təvəllüdlü Taleh Əhmədov hadisə yerində ölüb, Mayıl Şükürov isə xəsarət alıb. Digər bir qəzada isə “KamAz” markalı yük avtomobili hərəkətdə olan “Lexus” markalı minik avtomobilini arxadan vurub. Qəza nəticəsində avtomobildə olan 1959-cu il təvəllüdlü Dilrubə Salayeva və nəvəsi 2016-cı il təvəllüdlü Rafael Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?