İsmayıllıda polis reyd keçirdi

  • 17.08.2020
  • 0

İsmayıllıda polis əməkdaşları ictimai nəqliyyatda yoxlamalar aparıblar. Qaydaları pozan xeyli sürücü və sərnişin cərimələnib. Ağstafada da bənzər reyd keçirilib.Sumqayıtda isə bir kafenin qanunsuz fəaliyyəti üzə çıxıb.belə ki, ictimai-iaşə obyektində vətəndaşlara yerində xidmət göstərilirmiş İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib. Qaydalara əməl etməyən vətəndaşlaraİnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər Qaydalara riayət etməyən sürücülər də məsuliyyətə cəlb olunublar. Ağstafada isə ictimai nəqliyyatla yanaşı, market və ticarət obyektlərində də reydlər keçirilib.Tibbi maskadan istifadə etməyən 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər. Sumqayıt şəhərində isə xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən kafe aşkar olunub. 9-cu mikrorayonda yerləşən obyektdə vətəndaşlara yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın icarədarı Emin Zeynalov və daha 28 nəfər saxlanıb. Obyektin icarədarı inzibati qaydada həbs edilib. Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və Onların hər biri isə 200 manat məbləğində cərimələnib.

Nə düşünürsən?