Əks zolağa çıxan “Nissan” “Reno” ilə toqquşdu

  • 14.08.2020
  • 0

Tatarıstan Respublikasında iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 14-də səhər saatlarında M5 trasının Bavlinsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, yolun əks istiqamətinə çıxaraq yüksək sürətlə hərəkət edən “Nissan Teana” markalı minik avtomobili, qarşıdan gələn “Renault Logan”la toqquşub. Qəza nəticəsində hər iki sürücü və “Renault”ın sərnişini aldıqları müxtəlif dərəcəli xəsarətlərdən hadisə yerində vəfat ediblər. Zərbənin təsirindən təhlükəsizlik kəmərini bağlamayan sərnişin, avtomobilin pəncərəsindən kənara düşərək sağ qalıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Namiq Musayev

Nə düşünürsən?