"Qarabağ "Liverpul"a qol vuran hücumçunu transfer etmək istəyir

  • 14.08.2020
  • 0

Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" Serbiyanın "Srvena Zvezda" klubunun futbolçusu Milan Pavkovu heyətinə qatmaq istəyir "Report" "B92" nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi 26 yaşlı hücumçuya ciddi maraq göstərir. Serbiyalı forvard da "Qarabağ"a keçməyə müsbət yanaşır. Ölkə çempionu Pavkovun maliyyə tələblərini yerinə yetirərsə, transfer gerçəkləşə bilər. Qeyd edək ki, Milan Pavkov 2017-ci ildən "Srvena Zvezda"da çıxış edir. O, 2018/2019 mövsümündə komandası ilə Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Pavkov "Liverpul"la qrup matçında 2 dəfə fərqlənməyi bacarıb. Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubu ilə üz-üzə gələcək. Oyun avqustun 18-də Bakıda olacaq və saat 20:00-da başlayacaq.

Nə düşünürsən?