Fələstində BƏƏ-yə etiraz aksiyası keçirildi

  • 14.08.2020
  • 0

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, fələstinlilər bu gün əl-Əqsa məscidində cümə namazından sonra İsraillə əlaqələrini rəsmiləşdirdiyinə görə BƏƏ əleyhinə aksiya keçiriblər.

Aksiyada “BƏƏ vəliəhdi Məhəmməd bin Zayid xaindir”, “işğalçı rejimlə əlaqələri normallaşdırmaq xəyanətdir” kimi şüarlar səsləndirilib. BƏƏ vəliəhdinin fotoları ayaq altına atılıb və yandırılıb.

Qeyd edək ki, bundan öncə Fələstin muxtariyyəti, HƏMAS və sair hərəkatlar da BƏƏ-nin addımını kəskin pisləyiblər.

Məlumata görə gələn 3 həftə ərzində BƏƏ və İsrail nümayəndə heyətləri Vaşinqtonda görüşərək,qarşılıqlı şəkildə səfirliklərin açılması kimi məsələləri müzakirə edəcəklər.

Nə düşünürsən?