Abşeronda yük maşını minik avtomobili ilə toqquşdu

  • 13.08.2020
  • 0

Abşeronda yük maşını minik avtomobili ilə toqquşub. Bax.tv APA TV-yə istinadən xəbər verir ki, qəza rayonun Novxanı kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, "Opel" markalı avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü Vicay Baxışov idarəetməni itirərək "Kamaz" markalı yük avtomobili ilə toqquşub. Əraziyə yol polisinin əməkdaşları cəlb edilib. Yol-nəqliyyat hadisəsi "Opel" markalı nəqliyyat vasitəsinin sürücüsünün yol nişanının tələblərini pozması səbəbindən baş verib. Qəza nəticəsində minik avtomobilinin ön hissəsi deformasiya uğrayıb, sürücü ağır xəsarət alıb. O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?