Bu ölkə koronavirusa tamamilə qalib gəldi

  • 11.08.2020
  • 0

Sonuncu dəfə ölkə daxili yoluxma mayın 1-də qeydə alınıb Yeni Zelandiya koronavirusa tamamilə qalib gələn ölkələrdəndir. Yeni Zelandiya sonuncu dəfə ölkə daxili yoluxma 1 mayda qeydə alınıb. Baş nazir Yasinda Ardern buna baxmayaraq ikinci dalğa təhdidinin davam etdiyini söyləyib. O, yeni yoluxma hallarının hamısının xaricdən gələnlərdə qeydə alındığını bildirib. Qeyd edək ki, 5 milyon nəfər əhalisi olan Yeni Zelandiyada 1 martdan etibarən fövqəladə vəziyyət elan edilmiş, 27 apreldə isə koronavirusa qalib gəldindiyi açıqlanmışdı. Bu günə Yeni Zelandiyada qədər ümumilikdə 1569 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 22 nəfər vəfat edib, 1524-ü sağalıb. Hazırda 23 aktiv xəstə var ki, onların da hamısı digər ölkələrdən gəlib. REAL

Nə düşünürsən?