Hafiz Hacıyevin sürücülük hüququ məhdudlaşdırılıb

  • 08.08.2020
  • 0

Bir neçə gün əvvəl Avtosfer.az saytı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin sürücülük hüququndan məhrum edilməsi barəsində məlumat vermişdi. Lakin Hafiz Hacıyev öz tərbiyəsinə uyğun açıqlamalar verərək kütləvi informasiya vasitələrində yanlış məlumatlar yayır, hətta Avtosfer.az saytının ünvanına təhqiramiz ifadələr işlədərək öz küçə mədəniyyətini nümayiş etdirir. Məsələ ilə bağlı Avtosfer.az araşdırma aparıb və müəyyən fotolar əldə edib. Bu fotolar Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemindən çəkilib. Mərkəzi bazada da qeyd olunur ki, Hacıyev Hafiz Ələmdar oğlu 27 iyul 2020-ci il tarixindən etibarən sürücülük hüququndan məhrum edilib. Onun sürücülük hüququ 23 yanvar 2021-ci ildə bərpa ediləcək. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb Hacıyev Hafiz Ələmdar oğlunun yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq çoxsaylı cərimə balları yığması və cərimələri vaxtında ödəməməsidir. Bununla da Hacıyev Hafizin iyrənc fikirlərinə son qoyuruq və ümid edirik ki, özünü partiya sədri elan edən, siyasi fəaliyyət göstərdiyini zənn edən bu şəxs əsl simasını verdiyi açıqlamalarla ortaya qoyur. İnformasiyanın yalnış olduğunu ancaq sözlə "sübut" etməyə çalışır. Amma biz konkret faktlarla necə bir insan olduğunu sübut etdik. Qeyd edək ki, sürücülük hüququ olmasa da Hacıyev Hafiz qanunları kobud şəkildə pozaraq 90 LT 710 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobili özü idarə edir. Əsl tərbiyəsizlik və ədəbsizlik bax, budur.

Nə düşünürsən?