Maliyyə nazirindən sevindirici açıqlama

  • 04.08.2020
  • 0

Qeyri-ərzaq mağazaları ilə bağlı qərar yaxın günlərdə veriləcək Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifovun da iştirak etməsi deputatlara sahibkarların üzləşdiyi problemlərlə bağlı məsələ qaldırması üçün fürsət oldu. Millət vəkili Məşhur Məmmədov qeyri-ərzaq mağazalarının karantin rejimi ilə bağlı fəaliyyət göstərməməsinin yerli istehsalçılar üçün problem yaratdığını bildirdi. Maliyyə naziri Samir Şərifov ölkədə qeyri-ərzaq mallları mağazalarının fəaliyyətinin bərpa edilməsi ehtimalına münasibət bildirdi və yaxın günlərdə bu barədə qərar veriləcəyini dedi: Qeyd edək ki, Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi avqustun 31-nədək davam edəcək. Avqustun 5-dən karantin rejimində yumşalmalara başlanılacaq.

Nə düşünürsən?