BNA yeni ekspress xətlər açır

  • 04.08.2020
  • 0

Bu gün Bakı Nəqliyyat Agentliyində mətbuat konfransı keçirib. Avtosfer.az xəbər verir ki, Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, avqustun 5-dən etibarən 3 yeni ekspress xətt istifadəyə veriləcək. Belə ki, çimərliklərdən istifadəyə icazə verildikdən sonra BNA sərnişinlərin rahatlığını təmin etmək üçün yeniliklər edib. Buzovna, Mərdəkan, Maştağa və digər Bakı kəndlərindən şəhər mərkəzinə birbaşa ekspress avtobuslar istifadəyə veriləcək. Bu avtobuslar üçün qiymətlər 30-50 qəpik arasında dəyişəcək. Beləliklə Bakı kəndlərinin sakinləri birbaşa Gənclik metrosunun qarşına gələ biləcəklər. Ödənişlər isə kart vasitəsilə ediləcək. Qeyd edək ki, ayrılan avtobuslar Prezident İlham Əliyevin tapşırığına əsasən alınan və sıxılmış qazla işləyən BMC markalıdır.

Nə düşünürsən?