"Karantinin uzadılması bizə sərf edir"

  • 04.08.2020
  • 1.9K baxış
  • 0

Milli Şuranın keçirdiyi “zoom-konfransın”dan növbəti görüntü yayılıb. Oxu24.com -un məlumatına görə, budəfəki görüntülərdə müzakirə iştirakçılarının koronavirus pandemiyasının yaratdığı problemlərdən məmnun olduqları üzə çıxır. Gültəkin Hacıbəyli deyir ki, karantin qaydalarının uzanmasından narahat olmağa dəyməz: “Məncə, bu bizə sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, maddi təminatı aşağı olan insanların etirazı artır, buna sevinmək lazımdır. Əksinə, biz maraqlı olmalıyıq ki, karantin bir az da uzadılsın, bizim də əlimizə imkan verilsin ki, dövlətin yaxasına çökək, tələb edək ki, pul verilsin, əl çəkməyək və təbliğatımızı davam etdirək. Karantinin uzanması birmənalı olaraq bizim xeyrimizədir”. Qeyd olunub ki, sanballı adamlara onları müdafiə etmək üçün müraciət edilməsi vacibdir. “Sanballı dost-tanışlara deməliyik ki, bizi dəstəkləyən statuslar yazsınlar. Bu məsələyə ciddi yanaşmaq lazımdı”, - deyə Rahim Hacıyev bildirib. Qənimət Zahid isə deyib ki, şəxsən deməyəndə, adamlar yazmaq istəmirlər: “Adamlar özləri öz xoşu ilə yazmaq istəmirlər, gərək boyunlarına yükləyəsən, yazsınlar”.

Nə düşünürsən?