Fəttah Heydərovun TV-də təəccüb doğuran addımı

  • 04.08.2020
  • 574 baxış
  • 0

Bu gün səhər saatlarında vəfat edən millət vəkili Fəttah Heydərovu illər öncə verilişimizə dəvət etmişdim, gəlmişdi. Daha sonra başqa kanalda olan verilişimizə də gəldi. Kult.az xəbər verir ki, bu sözləri prodüser Vasif Ayan qeyd edib. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovla bağlı maraqlı xatirəsini bölüşüb: “Fəttah müəllimdən başqa Fidan və Xuraman Qasımova bacılarını, Faiq Ağayev, Bilal Əliyevi də dəvət etmişdim. Veriliş bitəndən sonra xatirə şəkli çəkildi. Fəttah müəllim qəfil dedi ki, indi isə məni bu operatorlarla çəkin, istəyirəm, onlarla şəklim olsun. Hamımız çaşıb qaldıq. Operatorlar nədənsə həmişə diqqətdən kənarda qalırlar deyə, Fəttah müəllimin bu xüsusi münasibəti təqdirəlayiq idi. Operatorlar da təəccüb içində idilər. Şəkil çəkiləndən sonra aparıcı ilə mən Fəttah müəllimi yola salmağa çıxdıq. Çox böyük diqqətlə hər ikimizə təşəkkür etdi. Sonra mənim əlimi sıxıb, “nəyə ehtiyacın var, nə köməklik edə bilərəm sənin üçün?” dedi. Vallah, elə mən də təəccüb içində idim. Sadə adam idi. Sadəcə əlini sıxıb, təşəkkür etdim. Amma inanırsınız ki, o bunu sözgəlişi demədi?! Bir neçə dəfə gözümün içinə baxaraq səmimiyyətlə təklif etdi. Hər dəfə də heç bir şeyə ehtiyacım olmadığını bildirdim”. Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov bu gün 82 yaşında dünyasını dəyişib.

Nə düşünürsən?