“Mercedes” sərnişin avtobusuna çırpıldı

  • 01.08.2020
  • 0

Krım Respublikasının Sevastopol şəhərində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza avqustun 1-də Lenin rayonunda qeydə alınıb. Yerli KİV-in məlumatına görə, “Mercedes” markalı minik avtomobili, qarşıda hərəkətdə olan marşrut avtobusuna çırpılıb. Hadisə nəticəsində 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 6-sı uşaqdır. Faktla bağlı araşdırmalara başlanılıb.

NAMİQ MUSAYEV

Nə düşünürsən?