TƏBİB-dən rayonlara gediş-gəlişlə bağlı vacib açıqlama

  • 31.07.2020
  • 0

"Çimərliklərin açılması və rayonlara gediş-gəlişin açılması ilə bağlı məsələlər bu gün müzakirə mərhələsindədir”. Azerforum.com Sfera.az-a istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib. O qeyd edib ki, çimərliklərə getmək və orada hansı qaydalara riayət olunmasının vacibliyi, insanların hansı məsafədə dayanması məsələsi müzakirə edilir: "Qərar qəbul olunan kimi, Operativ Qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək”.

Nə düşünürsən?