36 il sonra yenidən Super Liqada

  • 31.07.2020
  • 0

2020/21 mövsümündə futbol üzrə Türkiyə Super Liqasına yüksələn son komanda müəyyənləşib. Offsideplus.az xəbər verir ki, TFF 1-ci liqada 3-6-cı yerləri tutan dörd komanda arasında təşkil olunan pley-off mərhələsinin finalında “Adana Dəmirspor”la “Fatih Karagümrük” klubları qarşılaşıblar. Əsas vaxt 1-1 hesablı bərabərliklə yekunlaşıb, əlavə vaxtda hesab dəyişməyib. 11 metrlik zərbələrini daha dəqiq yerinə yetirən (6:5) “Fatih Karagümrük” Super Liqada iştirak hüququ qazanıb. Sözügedən komanda sonuncu dəfə 36 il əvvəl Super Liqada iştirak etmişdi. Daha əvvəl TFF 1-ci liqanın qalibi olan “Hatayspor”la 2-ci pilləni tutan “Ərzurumspor” da elitaya yüksəlmişdi. Matçın icmalını təqdim edirik:

Nə düşünürsən?