Uğur Akkuş və Kerimcan arasında gərginlik

  • 28.07.2020
  • 0

Aprel ayında övladını itirən keçmiş model Ebru Şallının həyat yoldaşı Uğur Akkuş avtomobilini gec gətirən xidmətçiylə kobud danışan sosial media fenomeni DJ Kerimcan Durmazın cavabını verib. BiG.AZ-ın haberler.com-a istinadən verdiyi xəbərə görə, Durmaz "Trump Towers" binasının xidmətçisindən avtomobilini istəyib, avtomobili gec gətirdikdə isə, üstünə qışqırıb. Kerimcanın rəftarından narahat olan Akkuş "Sən kimsən ki?! Adam kimi danış!" deyə sərt münasibət bildirib. Təhlükəsizlik işçiləri Durmazın üstünə yürüyən Akkuşun qarşısını alıblar. Qısa müddətli gərginlikdən sonra məşhur fenomen hadisə yerini tərk edib.

Nə düşünürsən?